...

Xankəndi məhkəməsinə sədr təyin olunan İlkin Abdullayev kimdir? – DOSYE

Cəmiyyət Materials 8 Aprel 2024 14:01 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə İlkin Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.

Trend xəbər verir ki, İ. Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

Əvvəllər Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti