Bakı. Trend:
Azərbaycanda Qurban bayramının iyunun 16 və 17-də keçirilməsi nəzərdə tutulur.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev Trend-ə bildirib ki, dövlət səviyyəsində iki gün bayram kimi müəyyən edilib.
O qeyd edib ki, insanlar qurbanlarını iyunun 16, 17 və 18-də kəsə bilərlər.
Eyni zamanda bayram namazının məscidlərdə iyunun 16 və 17-də qılınması nəzərdə tutulur.