...

Yağıntılı hava şəraiti bu gün gündüzədək davam edəcək

Cəmiyyət Materials 22 İyun 2024 07:18 (UTC +04:00)
Yağıntılı hava şəraiti bu gün gündüzədək davam edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.

Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 07:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.

Xidmətdən Trend-ə verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qırız, Şahdağ, Şabran, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlıda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 22-si gündüzədək, bölgələrdə isə 23-ü gündüzədək fasilələrlə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti