Bakı. Trend:
İyulun 24-ü saat 19:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, iyulun 24-ü saat 19:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəki, Qax (Sarıbaş), Qrız, Şahdağ, Tərtər, Qusar, Zaqatala, Xaltan, Bərdə, Zərdab, Yevlax, Goranboy, Quba, Şəmkir, Tovuz, Balakəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Saat 17:20 radələrində Tovuz rayonu Ağbulaq və İbrahimhacılı
kəndlərinə diametri 8-10 mm, saat 16:59-17:01 radələrində isə
Şəmkir rayonunda diametri 11 mm olan dolu düşüb.
Altıağac, Qrız və Şahdağda duman müşahidə olunub.
Əvvəlcədən verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib.