Bakı. Trend:
Tanınmış hərbi jurnalist Ədil Arifoglu vəfat edib.
Trend-in məlumatına görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Ə. Arifoğlu uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Hərbi vətənpərvərlik baş redaksiyasının baş rejissoru kimi çalışıb.
Ədil Arifoğlu həm Birinci, həm də İkinci Qarabağ müharibəsində hərbi jurnalist kimi iştirak edib, qızğın döyüşləri ön cəbhədə lentə alıb.