Bakı. Trend:
Tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulunun müddəti
uzadıldı.
Elm və Ali Təhsil üzrə Dövlət Agnetliyindən Trend-ə verilən
məlumata görə, tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti
1 avqust 18:00-a qədər uzadıldı. Həmin tarixədək təhsil
müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək
istəyən tələbələr portalda qeydiyyatdan keçərək “şəxsi kabinet”
yaratdıqdan sonra, istifadəçi adı və şifrədən istifadə etməklə “Ali
və orta ixtisas təhsili pilləsində təhsilalanların köçürülməsi”
xidmətinə daxil olub, köçürülmək üçün elektron müraciət formasını
doldurub təsdiq edə bilərlər.
Qeyd edək ki, köçürülmə üçün müraciət edən tələbələrin məlumatları
təhsil müəssisələri tərəfindən yoxlanılır və müraciətin statusu
barədə şəxsi kabinetə bildiriş göndərilir. Bu səbəbdən
müraciətçilərə şəxsi kabinetini mütəmadi olaraq izləmək tövsiyə
o