Bakı. Trend:
Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza zamanı avtomobillərdən birinin üzərində olan yük yola dağılıb.
Bu səbəbdən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün işlər görülür.