...

Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq

Cəmiyyət Materials 28 Sentyabr 2024 07:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Xəzər, Sabunçu və Binəqədi rayonlarında təmir-bərpa işləri səbəbindən 30 sentyabr 2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Trend SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Qaz təchizatındakı fasilə Stansiya Qala yaşayış massivi, Ləhiş bağları, Binəqədi şosesi-1, 1-ci, 2-ci, 3-cü Mədən əraziləri, M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsi, Baksol və Zəngəzur yaşayış massivlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti