Bakı. Trend:
Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən qısamüddətli təmir işləri aparılır.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilir ki, hazırda bu səbəbdən yolda sıxlıq müşahidə olunur.