...

Ağır vəziyyətdə xəstəxanaya daxil olan xəstə xilas edilib (FOTO)

Cəmiyyət Materials 4 Dekabr 2024 09:52 (UTC +04:00)
Ağır vəziyyətdə xəstəxanaya daxil olan xəstə xilas edilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ağır vəziyyətdə KTM-in Reanimasiya şöbəsinə qəbul edilən xəstə həyata qaytarılıb.

Trend xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Bildirilib ki, 30.11.2024-cü il tarixində kəskin böyrək çatışmazlığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilən 68 yaşlı xəstə Reanimasiya şöbəsinə qəbul edilib.

"Xəstə şöbəyə daxil olarkən huşsuz, vəziyyəti hədsiz ağır olub.

Kreatini 32 (norma ~ 1 mg/dL), kalisi 9 (norma ~ 4.5 mmol/L), sidik ifrazı tamamilə kəsilmiş vəziyyətdə olan xəstəyə ilkin olaraq dializ təyin edilib, zəruri tədbirlər görülüb. 3 hemodializ seansından sonra xəstənin kreatini və kalisi normaya yaxınlaşıb. Huşu aydınlaşıb, hemodinamik göstəriciləri stabillləşib.

Artıq Reanimasiya şöbəsindən Nefrologiya şöbəsinə köçürülən xəstənin müalicələri davam etdirilir",- deyə xəstəxanadan əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti