...

Azərbaycanın bugünkü uşaqlarının bacarıqları yaşlı nəsildən daha yaxşıdır - Nazir

Cəmiyyət Materials 5 Dekabr 2024 11:19 (UTC +04:00)
Azərbaycanın bugünkü uşaqlarının bacarıqları yaşlı nəsildən daha yaxşıdır - Nazir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın hazırda təhsilalanları əvvəlki nəsildən kifayət qədər daha bacarıqlıdır.

Trend xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda deyib.

O bildirib ki, yeni nəslin ortalama göstəriciləri daha yaxşıdır:

"Ola bilsin ki, yeni nəslin riyazi bacarıqları daha yaxşı olacaq. Bu bizim azyaşlı uşaqların qarşısında duran vacib məsələlərdən biridir".

Nazir qeyd edib ki, hələ də tam həll edə bilmədiyimiz məsələlər var və daim onların həlli istiqamətində səylərimizi birləşdirməliyik.

"Ən əsas amillərdən biri qızların təhsilidir. 4-cü sinfin sonunda apardığımız qiymətləndirmələrdə son 10 ildə qızların nəticələri oğlanların nəticələrindən daha çox, daha yaxşıdır",- nazir əlavə edib.

Qeyd edək ki, dekabrın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti