...

Azərbaycanın xaricdə olan konsulluqlarının fəaliyyət ilə bağlı yeni qaydalar müəyyən olunur

Cəmiyyət Materials 13 Dekabr 2024 11:14 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Konsulluqların fəaliyyəti ilə bağlı qaydalar dəyişir.

Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Azərbaycan Respublikasının Konsul Nizamnaməsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Konsulluqlar öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələri, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu, bu Nizamnaməni və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını rəhbər tutur, eləcə də qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.

Qeyd edək ki, bundan əvvəl Konsulluqlar öz fəaliyyətində bu Nizamnaməni Azərbaycan Respublikasının və konsulluqların yerləşdiyi dövlətlərin qanunlarını, beynəlxalq müqavilələri və beynəlxalq adətləri əsas tuturdu.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti