Bakı. Trend:
Yasamal və Nərimanov rayonlarında oğurluq edən şəxslər saxlanılıblar.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib.
Bildirilib ki, Yasamal rayonu ərazisində yerləşən 2 mağazadan oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 2200 manatdan çox maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Y.Quliyev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Eyni zamanda Nərimanov rayonunda isə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bir qadına məxsus bank kartından 150 manat oğurlamaqda şübhəli bilinən 37 yaşlı V.Talıbov müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.