...

Bakıda çəkisi 6 kq olan uşaq doğulub

Cəmiyyət Materials 17 Yanvar 2025 09:50 (UTC +04:00)
Bakıda çəkisi 6 kq olan uşaq doğulub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 6 kq çəkidə körpə dünyaya gəlib.

Trend xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzi mətbuat katibi Ruzbeh Məmməd məlumat yayıb.

Bildirilib ki, 10.01.2025-ci il saat 20:30 tarixində Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qadın cinsli uşaq dünyaya gəlib.

Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə iri çəkili uşaq hesab olunur.

Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır.

Hazırda körpənin vəziyyəti orta-ağır və ananın vəziyyəti stabil qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti