Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında yanvarın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.
Qeyd edilib ki, Azərbaycanın bəzi rayonlarında yanvarın 23-də hava
şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən şərq
rayonlarında isə yağıntının qısamüddətli intensivləşəcəyi, dağlıq
rayonlarda qar yağacağı ehtimalı var.