Bakı. Trend:
Bu gün qlobal bir çağrışla qarşı-qarşıyayıq.
Trend xəbər verir ki, bu sözləri TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası zamanı deyib.
O bildirib ki, iqlim dəyişikliyinin təsirləri dünyanın müxtəlif yerlərində özünü göstərir.
"Bu da insanların sağlamlığını itirməsinə səbəb olur.
İlk növbədə əhalinin sağlamlığını qorumağı təmin edəcək
qərarların qəbul edilməsi bu yerdə mühüm rol oynayır. İqlim
dəyişikliyi səbəbi ilə yaranan problemlərin həlli üçün kollektiv iş
görməyi hədəfləməliyik.
Region ölkələrinin sıx əməşdalıqla əlaqələrinin genişləndirməsi
vacibdir. Yaşıl texnologiyaların inkişafına yönəlmiş təklifləri
dəyərləndirməliyik. Ekoloji normalara əməl edilməsi məsələlərində
əhalinin marifləndirilməsi ciddi rol oynaya bilər. İnanıram ki,
iqlim dəyişmələri və sağlamlıq məsələlərində əməkdaşlığımız
problemlərin həllinə əhəmiyyətli töhvə verəcək", - deyə o əlavə
edib.
Qeyd edək ki, bu gün Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilir.