...

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda yeni piyada keçidi inşa olunub (VİDEO)

Cəmiyyət Materials 22 Yanvar 2025 14:30 (UTC +04:00)
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda yeni piyada keçidi inşa olunub (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən daha bir ərazidə yerüstü piyada keçidi inşa edilib. Yeni yerüstü piyada keçidi M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 262.5-ci km-də tikilib.

Trend xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, metal konstruksiyalı olan keçidin uzunluğu 46 metr, eni 3.2 metr, yol səviyyəsindən hündürlüyü isə 5.5 metr təşkil edir.

Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləri aparılıb, yolun hər iki tərəfində avtobus dayanacağı quraşdırılıb.

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti