Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının Humanitar məsələlərin əlqələndirilməsi idarəsi (OCHA) Fövqəladə Vəziyyətlərə Reaksiya Mərkəzi Fonduna (CERF) verdikləri töhfələrə görə Azərbaycana minnətdarlıq ifadə edib.
Trend xəbər verir ki, bu barədə təşkilatın "X" səhifəsindəki paylaşımda deyilir.
"OCHA Azərbaycana təşəkkür edir. Sizin BMT CERF-ə verdiyiniz səxavətli və çevik töhfələr bütün dünyada, ələlxüsus da iqlim böhranları şəraitində humanitar yardıma ehtiyacı olan milyonlarla insana kömək olur. Birlikdə biz bəşəriyyətə investisiya qoyuruq”, - deyə paylaşımda bildirilir.
Bununla bağlı Trend-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Azərbaycan Fonda illik əsasda ianələr edir.
"Azərbaycan dünyanın fərqli bölgələrində baş verən humanitar fəlakətlərin aradan qaldırılmasına UNCERF vasitəsilə dəstək göstərmək üçün Fonda illik əsasda ianələr edir", - o bildirib.