Bakı. Trend:
Açar sözlər: immunitet, immun sistem, virus infeksiyası, xəstəlik, uşaqlar
(Təsir mexanizmi: Beta qlükan bağırsağın selikaltı qatında makrofaqların spesifik reseptorları ilə birləşir, onları aktivləşdirir. Aktivləşmiş makrofaqlar limfositləri aktivləşdirir. Faqositozun aktivləşməsi sitokinlərin (interleykin, interferon) sintezinə səbəb olur. Sitokinlərin sintez olması immun sistemin digər hüceyrələri T-, B-limfositlər üçün siqnaldır. C vitamini (askorbin turşusu) - Endogen interferon sintezində iştirak edir, faqositozu stimulə edir, antitel sintezini artırır. Sink virusun yayılması prosesini dayandırır).
Qışın özü ilə bərabər gətirdiyi qayğılardan biri də səhhətimizdə yaranan problemlərdir. Soyuq havaların gəlişi ilə insanların bəziləri daha həssas olurlar və tez xəstələnirlər, kəskin respirator virus infeksiyalarına yoluxurlar.
Hər il soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır. Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur.
İnsanların immun sistemləri arasındakı fərqlərin 60-80%-ni həyat tərzi və ətraf mühit, qalan 20-40%-ni isə genetika təşkil edir.
Uşaqlarda kəskin respirator virus infeksiyalararına yoluxma ehtimalının yüksək olmasının bir sıra səbəbləri mövcuddur:
- Körpələrdə və erkən yaşlı uşaqlarda immun sistemi hələ tam formalaşmamışdır, bu da onları virus və bakteriyalara qarşı daha həssas edir; xüsusilə də ana südü ilə qidalanmayan uşaqlarda immunitetin formalaşması zəif olur.
- Müasir yaşam tempi nəticəsində uşaqlar gün ərzində müxtəlif məşğələ, dərnək, kurslar, xüsusilə qapalı məlkanlarda uzun müddət vaxt keçirirlər. Bu isə gün içində fərqli məkanlarda çoxlu kontakt və infeksiya ilə rastlaşma riskidir. Həmçinin qış ayları və soyuq hava şəraiti uşaqların qapalı məkanlarda vaxt keçirməsinə təhrik edən faktorlardandır. Belə yerlərdə virusların yayılma ehtimalı daha çox olur.
- Nisbətən böyük uşaqlarda düzgün qidalanmama və ağız baxımının düzgün olmaması, həddindən artıq qəbul olunan şirniyyat diş çürüməsinə, çürük dişlər isə infeksiya mənbəyi olduğundan immun sistemi zəiflədər.
- Xəstəliklər zamanı lazımsız və ya yetərsiz dərman qəbulu: İnsan xəstələndiyi zaman müdafiə reaksiyası olaraq bədən temperaturu yüksəlir, belə ki, orqanizm yüksək hərarət fonunda mikrobları məhv etməyə çalışır. Bu baxımdan hərarət salıcı dərmanlar 1 yaşa qədər uşaqlarda 380C-dən, 1 yaşdan yuxarı uşaqlarda 38,50C-dən yüksək temperatur müşahidə olunan zaman istifadə edilməlidir.
- Elimizin gözəl adəti var ki, uşaq doğulanda onu anası ilə bir otaqda saxlayırlar, tapşırırlar ki, üstünə heç kim getməsin. "Qırxlı uşağın üstünə getməzlər”, "Zahının üstünə getməzlər” kimi adətlərimiz qoruyucu faktorlardan biridir. Tibbi-nöqteyi nəzərdən tam əsaslandırılmışdır. Təbiətin qanunu belədir ki, uşaq dünyaya gələndə onun orqanizmində olan bütün mikrob florası (ağzında, nəfəs yollarında, dəri səthində, hətta bağırsaqlarında olan bakteriya) ananınkı ilə oxşar olmalıdır, ona görə də ana və uşağı hamıdan ayırırlar. Bu halda ana südü uşağı tam qoruyur. Uşağın bədənində saprofit və digər mikrob floralarının formalaşması 40-45 günə başa çatır. Sonra uşaq kimin yanına getsə qorxusu yoxdur.
- İmmun sistemi zəif olanda uşaqlar yoluxucu xəstəliklərə daha tez tutulurlar. Uşaq doğulandan iki yaşına kimi immun sistemi ananın südündən çox asılıdır. Ana südünün verilməməsi və ya qısa müddətdə verilməsi də uşaqlarda immun sistemi zəiflədən amillərdəndir. Uşaq ana südü ilə qidalanmırsa, immun sisteminin formalaşmasının pozulması nəticəsində, uşaqları xəstəlikdən qoruyan faktorların çatışmazlığı baş verir. Obrazlı desək, infeksiyanın qapıları açıq olur, uşaqlar da xəstəliklərə yoluxurlar. Məlumdur ki, ana südündə yüksək miqdarda immun cisimciklər, IgA, IgM və s. mövcuddur. Ana südü ilə qidalanma bütün bu qoruyucuların süd vasitəsilə körpənin orqanizminə keçib onu qorumasına səbəb olur. Ana südü optimal temperaturda olduğundan tərkibində olan zülal maddələri parçalanmadan orqanizmə daxil olur, asan sorulur və həzm olunur.
- Gigiyena qaydalarıan əməl edilməməsi (əllərin tez-tez və düzgün şəkildə yuyulmaması);
- Genetik xəstəliklər, xroniki xəstəliklər, qeyri-düzgün həyat tərzi və s. uşaqları xəstəliklərə daha həssas edir.
Uşağın immunitetinin zəifləməsi əlamətləri:
- 1 ildə 5 dəfədən çox yuxarı tənəffüs sistemi xəstəlikləri ilə xəstələnmə;
- 1 ildə 3 dəfədən çox antibiotik zərurəti;
- xəstəliklərin düzgün müalicə fonunda uzun sürməsi və ya ağırlaşması
İnsan yaşlandıqca timus vəzinin fəaliyyəti azalır, bu da orqanizmə infeksiyalarla mübarizə aparmağa kömək edən immun sisteminin T hüceyrələrinin istehsalının azalmasına səbəb olur. Bu ona gətirib çıxarır ki, qocalıqda insanlar gəncliklərinə nisbətən daha tez-tez xəstələnirlər.
Kəskin respirator virus infeksiyasının əlamətləri hərarətin yüksəlməsi, halsızlıq, əzələ, oynaq ağrıları, yuxusuzluq, öskürək, boğaz ağrısı, burun tutulması və ya burun axması da ola bilər. Əgər virus mədə-bağırsaq sistemini də zədələyirsə, bu zaman qusma, ishal, qarında ağrı kimi əlamətlər ola bilər. Adətən KRVİ başladığı vaxtdan 7-10 gün müddət ərzində keçib gedir.
İmmunoterapiyaya təlabat ən çox hansı hallarda yaranır?
- Xəstəliyin gedişi tez-tez kəskinləşirsə;
- Ləng (uzun zaman davam edən) gedişli xəstəliklər;
- Standart terapiyanın effektsizliyi;
- Antibiotikə davamlılıq.
Uşağın immunitetinin möhkəmləndirilməsi yolları:
- bətnində olan müddətdə ananın düzgün qidalanması, xəstəliklərdən və radiasiyadan qorunması;
- ana südü ilə normal qidalanma müddəti (minimum 1il, optimal 2il);
- uşağın düzgün baxımı: qidalanma, gigiyena, yuxu və hava rejimi;
- xəstəliklər zamanı düzgün müdaxilə.
İstər uşaqlarda, istərsədə böyüklərdə immun sistemə dəstək məqsədilə müxtəlif tərkibli preparatlardan istifadə edilir. Ən əsası isə hər bir konkret situasiyada preparaların düzgün seçimidir.
MEGAGLUKAN kids və MEGAGLUKAN synbio preparatlarının immun sistemə “sehirli toxunuşu” orqanizmin mövsümü soyuqdəymə xəstəliklərinə davamlığını artıracaq, infeksiyanın bütün orqanizmə yaylmasının qarşısını alacaq, kəskin yoluxucu xəstəliklər zamanı sağalmanı sürətləndiəcək.
“İmmunitet bağırsaqda yaşayır” ifadəsini yəqin çoxlarınız eşitmisiz. Bağırsaqlarımız təkcə həzm prosesində iştirak etmir. Bağırsaqlarımız həmçinin “yaxşı mikroblar” dediyimiz mikroorqanizmlərin rezervuarıdır. MEGAGLUKAN synbio preparatının tərkibində olan “yaxşı mikroblar” - Probisis (Bacillus subtilis) hesabına sağlam bağırsaq, güclü immunitetə sahib ola bilərik.
MEGAGLUKAN kids və MEGAGLUKAN synbio preparatlarının həm də antioksidant təsirləri var - çirlənmiş ekologiya, keyfiyyətsiz qidalar, xroniki xəstəliklərin olduğu müasir dünyamızda antioksidantlara çox ehtiyac var.
Lakin istənilən halda müalicə taktikası və preparatın təyinatı həkim tərəfindən olmalıdır.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.