...

Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı “qaynar xətt” fəaliyyət göstərəcək

Cəmiyyət Materials 28 Yanvar 2025 16:27 (UTC +04:00)
Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı “qaynar xətt” fəaliyyət göstərəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah – yanvarın 29-da ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək. Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək bu rejimdə işləyəcək.

Bu barədə Trend-ə Mətbuat Şurasından məlumat verilib.

Jurnalistlər qeyd edilmiş nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edə biləcəklər.

Qeyd edək ki, Mətbuat Şurası jurnalistlərin seçkilərin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti