Bakı.Trend:
Məntəqəmizdə seçki fəallığı yüksəkdir.
Bunu Trend-ə açıqlamasında 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 13-ci seçki məntəqəsinin sədri Elşad Miranov deyib.
O qeyd edib ki, hazırda təxminən 250 nəfər səs verib.
“Məntəqə üzrə seçki siyasında 1337 nəfər var. Daşınan seçki
qutumuz da var. Hələ ki, bununla bağlı bizə ərizə daxil
olmayıb.
Ümumilikdə məntəqə üzrə aktivlik yaxşıdır. Günortadan sonra
aktivliyin daha da artacağını gözləyirik. Məntəqə üzrə insanlarımız
seçkiyə maraq göstərir”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycan bələdiyyə seçkiləri keçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsvermə prosesi saat 19:00-dək davam edəcək.