...

“Ailə həkimi” informasiya sisteminin hazır olacağı vaxt AÇIQLANDI

Cəmiyyət Materials 30 Yanvar 2025 12:01 (UTC +04:00)
“Ailə həkimi” informasiya sisteminin hazır olacağı vaxt AÇIQLANDI
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Ailə həkimi” informasiya sisteminin iyun ayında hazır olması planlaşdırılır.

Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəri sədrinin müşaviri İsa Əliyev Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə deyib.

O bildirib ki, ailə həkimlərinin xidmətinin keyfiyyətinin artırılması üçün müxtəlif qurumlardan dəstək göstərilməlidir:

“Kadr probleminin həllində strateji istiqamət götürmüşük. Müxtəlif sahədə həkimlərin ailə həkimi kimi ixtisaslaşmasına çalışırıq. Təlimlərin davamlı şəkildə keçirilməsinə ehtiyac var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti