Bakı. Trend:
Azərbaycan Respublikası Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub.
Trend xəbər verir ki, sənəd Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Hesabata əsasən, Fond 2024-cü ildə 1450-dən çox tədbir və layihə həyata keçirib. Bu fəaliyyət 286 760 gənci əhatə edib.
Gənclər Fondu hesabat ilində 52 qurum və təşkilatla əməkdaşlıq edib.
Hesabatda həmçinin qeyd edilib ki, 680-dən çox gənc və gənclərin layihələri Fond tərəfindən maliyyələşdirilib.