...

Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən qrafikə keçəcək

Cəmiyyət Materials 30 Yanvar 2025 21:19 (UTC +04:00)
Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən qrafikə keçəcək
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkil ediləcək.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.

Dövlət Proqramına əsasən, 2025−2026-cı illər ərzində bu istiqamətdə təhlillər aparılacaq, müvafiq siyahılar təsdiq ediləcək və müvafiq siyahıya uyğun dəyişkən iş rejimi təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti