Bakı. Trend:
Avtomobil yollarında baş vermiş qəzalarda ölüm hallarının azaldılması istiqamətində zəruri tədbirlər görüləcək.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.
Dövlət Proqramına əsasən, 2025-2027-ci illər ərzində təhlillər aparılacaq, qəza ocaqları müəyyən ediləcək, çatışmazlıqlar aradan qaldırılacaq.