...

“Azərişıq” Naxçıvanda elektrik enerjisi təchizatını həyata keçirəcək

Cəmiyyət Materials 24 Fevral 2025 12:52 (UTC +04:00)
“Azərişıq” Naxçıvanda elektrik enerjisi təchizatını həyata keçirəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri genişləndirilib.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərara etdiyi dəyişiklikdə öz əksini tapıb.

Belə ki, “Azərişıq” ASC Naxçıvan Muxtar Respublikasında da elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.

Qüvvədə olan qanunvericiliyə əsasən əsasən, “Azərişıq” ASC bu əsas məqsədlərini Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycan Respublikasının ərazisində yerinə yetirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti