Bakı. Trend:
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, lakin gecə və səhər bəzi yerlərdə az qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə -5 dərəcədən -8 dərəcəyədək, gündüz +2 dərəcədən +6 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə -4 dərəcədən -9 dərəcəyədək, gündüz +1 dərəcədən +6 dərəcəyədək, dağlarda gecə -13 dərəcədən -18 dərəcəyədək, yüksək dağlıq ərazilərdə -20 dərəcədən -25 dərəcəyədək, gündüz -5 dərəcədən -10 dərəcəyədək olacaq.
Yollar buz bağlayacaq.