...

Meyitdən 10-11 nəfərə orqan köçürülməsi mümkündür - Yeganə Abbasova

Cəmiyyət Materials 24 Fevral 2025 17:11 (UTC +04:00)
Meyitdən 10-11 nəfərə orqan köçürülməsi mümkündür - Yeganə Abbasova
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Meyitdən 10-11 nəfərə orqan köçürülməsi mümkündür.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Səhiyyə Nazirliyində keçirilən brifinqdə deyib.

"Beyin ölümü diaqnozu qoyulandan sonra təkrar testlər aparılır. Əgər beyin ölümü təsdiqlənərsə, o zaman Nazirlər Kabinetinin təsdiq etdiyi formaya əsasən mərhumun həyati fəaliyyətinin saxlanılması həyata keçirilir.

Çalışırıq ki, ən azından ürəyin sinir sisteminin hesabına həmin mərhumun ürəyi 2-3 sutka döyünə bilsin. Orqanlar sağlamdırsa, 10-11 nəfərə orqan köçürülə bilər", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti