Bakı. Trend:
Çernobıl qəzasında iştirak etmiş və sağlamlığını itirmiş şəxslərin mənzillə təminatı prosesi gedir. Artıq onların böyük bir qismi mənzillərlə təmin olunub.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bundan sonrakı dövrdəhəmin şəxslərin mənzillərlə təmin olunması daha sürətlə həyata keçiriləcək.
“İndiyədək həm məcburi köçkünklər var idi, dövlətin əsas priortet istiqamətlərindən biri onların yerləşdirilməsi idi. Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərinin mənzil məsələsi, demək olar ki, həll olunmaq üzrədir. Yaxın bir ildə bu məsələ bitəcək”, - deyə komitə sədri vurğulayıb.
Millət vəkili qeyd edib ki, gələcəkdə Çernobil hadisələrindən zərər görən, 1-ci və digər qrup əlilliyi olan vətəndaşların mənzil təminatının yaxşılaşdırılması istiqamətində daha sürətli işlər aparılacaq.