Bakı. Trend:
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1.Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi
istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər
sıxlıq müşahidə olunur.