...

Bu gün Xocalıda soyqırım şəhidləri yad edilib (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2025 13:57 (UTC +04:00)
Bu gün Xocalıda soyqırım şəhidləri yad edilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocalı. Trend:

Bu gün xocalılar Xocalı kənd məzarlığına gedərək yaxınlarının qəbirlərini ziyarət edib.

Xocalı rayon sakinləri Trend-in yerli müxbirinə bildiriblər ki, şəhidlərin bəziləri müxtəlif tarixdə doğulsalarda, hər birinin ölüm tarixi 26 fevral 1992-ci ildir.

Rayon sakinləri qeyd ediblər ki, onların kimliyi vətən müharibəsindən sonra məlum olub:

“İtkin düşmüş yaxınlarımızın qalıqları ya bərpa işləri aparılan zaman üzə çıxan kütləvi məzarlıqdan tapılıb, ya da bu günə kimi naməlum şəhid kimi bilinən məzarlardan götürülən nümunələrdən məlum olub”.

Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.

Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti