...

Azad edilmiş ərazilərdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi (FOTO/VİDEO)

Cəmiyyət Materials 26 Fevral 2025 17:27 (UTC +04:00)
Azad edilmiş ərazilərdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi (FOTO/VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında, Əsgərən qalasında Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Trend xəbər verir ki, küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150-sinin taleyi indiyədək məlum deyil. Xocalının 5379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Xəbər lenti

Xəbər lenti