...

Ağalıda 57 ədəd ağac və 9 ədəd kol bitkilərinin tikinti ərazisinə düşdüyü müəyyən edilib - Mirsalam Qənbərov

Cəmiyyət Materials 27 Fevral 2025 13:49 (UTC +04:00)
Ağalıda 57 ədəd ağac və 9 ədəd kol bitkilərinin tikinti ərazisinə düşdüyü müəyyən edilib - Mirsalam Qənbərov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Zəngilan. Trend:

Fermerlər üçün 1 mərtəbəli təsərrüfat binasının, 1 mərtəbəli 21 ədəd 16 başlıq iribuynuzlu heyvanlar üçün tövlə, 1 mərtəbəli 21 ədəd 24 başlıq xırdabuynuzlu heyvanlar üçün tövlə, 1 mərtəbəli iri texnikalar üçün dayanacaq (talvar), 1 mərtəbəli ot anbarı, 1 mərtəbəli taxıl (yem) anbarı, 1 mərtəbəli köməkçi tikililər və mühəndis-kommunikasiya qurğularının tikilməsi nəzərdə tutulub.

Trend xəbər verir ki, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Zəngilan şəhərində Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında çıxışı zamanı Zəngilan rayonu, Ağalı kəndinin I fazasının II mərhələsi və Il fazasında ictimai bina və tövlələr kompleksinin tikintisi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, layihə sənədləri üzrə cəmi 57 ədəd ağac və 9 ədəd kol bitkilərinin tikinti altına düşdüyü müəyyən edilib.

"Laçın rayonunun Mollalar kəndi ərazisində rəy olmadan qaz xətti çəkilərkən xeyli yaşıllığa ziyan vurulub. Bu tip problemlər öz həllini tapmalıdır. Hər bir təklif olunan layihədə yaşıllığın qorunmasına xüsusi diqqət yetirilməlidir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti