Bakı. Trend:
10.02.2025-ci ildə Azərbaycan Respublikası Scandens Pharmaceutical Industries Ltd. şirkətinin nümayəndələrinin öz fəaliyyəti dövründə, 125 illik tarixi olan və 100-dən çox ölkədə fəaliyyət göstərən Gedeon Richter əczacılıq zavoduna, 2-ci rəsmi səfəri baş tutmuşdur.
Qeyd edək ki, 2023-cü il iyulun 31-də şirkətlər arasında ilk görüş keçirilmiş və həmin görüşdə bağlanmış memoranduma əsasən, "Gedeon Richter" şirkətinin lisenziyası əsasında orijinal preparatlar, həmçinin bazar tələbatını ödəmək üçün vacib olan generik dərmanların Scandens zavodunda istehsal ediləcəyinə dair razılığa gəlinmişdir.
Hal- hazırda Scandens əczaçılıq zavodunun tikintisi yekunlaşmış və istifadəyə tam hazır vəziyyətə gətirilmişdir. Bu səbəbdən sözügedən danışıqlar icra mərhələsinə keçid etmiş və ilk etapda Gedeon Richter tərəfindən orijinal dərman Cariprazine, -"Reagila" və "Vraylar" ticarət dərman adları altında yer almış preparatların, (Qeydiyyat vəsiqəsi: 2015-ci ildə ABŞ-da (Vraylar) / 2017-ci ildə AB-də (Reagila) ) Azərbaycan ərazisində, Scandens Pharmaceutical Industries zavodu tərəfindən istehsalının başlanmasına dair keyfiyyət və texniki məsələlər mövzusu geniş müzakirə edilərək rəsmi müqavilə formasında öz təsdiqini tapmışdır.
Reagila / Vraylar — cari gündə, dünyada ən çətin problemlərdən biri hesab edilən psixiatrik xəstəliklərin müalicəsində, ən qabaqcıl preparatlardan biri kimi tanınır.
Bundan əlavə, görüş zamanı, Azərbaycan əczaçılıq sənayesinə yüksək texnoloji orijinal dərmanların gətirilməsinə dair müzakirələr aparılmışdır.
Xatırladaq ki, Azərbaycanın müstəqillik əldə etdiyi ilk dönəmlərdə, Gedeon Richter Müstəqil Azərbaycan əczaçılıq sektoruna dərman ixrac edən ilk Avropa əczaçılıq zavodu olmuşdur.
Dünyanın təcrübəli əczaçılıq şirkətləri ilə həyata keçirilən bu əməkdaşlıqlar, yerli sənaye sahəsinin inkişafını sürətləndirəcək və ölkə iqtisadiyyatına güclü təkan, o cümlədən, qeyri-neft sektorunun mühüm sahələrindən biri olan əczaçılıq sənayesinə əsaslı töhfələr verərək Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olacaqdır.