...

Xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi prosesinə başlanılır

Cəmiyyət Materials 28 Fevral 2025 18:15 (UTC +04:00)
Xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi prosesinə başlanılır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) aparılan islahatların tərkib hissəsi olaraq bu ilin 3 mart tarixindən etibarən xüsusi hazırlıq şəhadətnamələrinin kurslarda iştirak etmədən yenilənməsi ilə bağlı müraciətlərin qəbulu “Bakı KOB evi”ndə həyata keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlmat yayıb.

Bildirilib ki, sənədlərin qəbulundan dərhal sonra dənizçilərə xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi üzrə Dövlət Dəniz və Liman Agentliyində təşkil olunacaq imtahanların tarixi ilə bağlı məlumat veriləcək.

Məlumat üçün bildirilib ki, xüsusi hazırlıq şəhadətnamələri üzrə imtahan sualları və düzgün cavablar Agentliyin veb-saytında yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti