...

2024-cü ildə Ombudsmanın ünvanına 29 371 müraciət daxil olub

Cəmiyyət Materials 3 Mart 2025 10:40 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Ombudsmanın ünvanına 29 371 müraciət daxil olub.

Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, Ombudsmanın 7/24 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzinə il ərzində 11 008 zəng daxil olub ki, onlardan 7 691-i şifahi cavablandırılıb və hüquqi məsləhətlər verilib, 3 317 zəng üzrə müraciət isə icraata qəbul edilib.

Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində saxlanılan şəxslərlə rəftar məsələləri, saxlanma şəraiti, habelə müvafiq sənədləşmənin araşdırılması məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrinə 126, Daxili İşlər Nazirliyinin müəssisələrinə 90, Elm və Təhsil Nazirliyinin müəssisələrinə 75, Səhiyyə Nazirliyinin müəssisələrinə 25, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəssisələrinə 21, Dövlət Miqrasiya Xidmətinin müəssisələrinə 9, Dövlət Təhlükəsizliyi Xidmətinin müəssisələrinə 3, Müdafiə Nazirliyinin müəssisələrinə 2, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müvəqqəti saxlama yerinə 1 başçəkmə həyata keçirilib, bunlardan 108-i plandankənar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti