...

Narkoloji tibb müəssisələrində kifayət qədər insan müalicə üçün növbə gözləyir – Ombudsman

Cəmiyyət Materials 3 Mart 2025 10:14 (UTC +04:00)
Narkoloji tibb müəssisələrində kifayət qədər insan müalicə üçün növbə gözləyir – Ombudsman
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyinin tabeliyindəki psixiatriya müəssisələrində sıxlıq problemi qalmaqdadır. Bu müəssisələrdə həkim və orta tibb heyəti üzrə kadr çatışmazlığı mövcuddur.

Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, narkoloji tibb müəssisələrində müalicə üçün növbə gözləyənlərin sayı kifayət qədərdir:

“Burada da ixtisaslı kadrların narkoloq və kliniki psixoloqların çatışmazlığı mövcuddur ki, həmin peşə üzrə mütəxəssislərin də sayının artırılması vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti