...

Siniflərin komplektləşdirilməsi təhsilin keyfiyyətini aşağı salır, müəllimlərin dərs saatını azaldır – HESABAT

Cəmiyyət Materials 3 Mart 2025 10:40 (UTC +04:00)
Siniflərin komplektləşdirilməsi təhsilin keyfiyyətini aşağı salır, müəllimlərin dərs saatını azaldır – HESABAT
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ucqar kənd məktəblərində müəyyən siniflər birləşdirilməklə dərs saatı hər sinif üçün müvafiq olaraq yarıya bölünür və nəticədə eyni müəllim bir neçə sinfi birləşdirərək tədris aparmağa məcbur olur. Müxtəlif yaş kateqoriyasında olan şagirdlərin təhsil səviyyəsi, öyrənmə sürəti və qavrama bacarıqları müxtəlif olduğundan belə hal hər iki sinfin effektiv təhsil almasını çətinləşdirir.

Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, siniflərin komplektləşdirilməsi təhsilin keyfiyyətini aşağı salmaqla yanaşı, müəllimlərin dərs saatının azalmasına da gətirib çıxarır.

“İbtidai təhsil səviyyəsi olmasına baxmayaraq, iki fərqli tədris proqramı olan siniflərin şagird sayının azlığı səbəbindən birləşdirilməsi nəticə etibarilə təhsilin keyfiyyətinə və təhsilalanların proqram materiallarını mənimsəmələrinə neqativ təsir göstərir. Odur ki, “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı Normaları”na yenidən baxılması, təhsilalanların dövlət təhsil standartlarına uyğun bilik və bacarıqlara yiyələnməsini təmin etmək üçün həmin təhsil müəssisələrində müəllim sayının artırılması məqsədəmüvafiq hesab edilir”, - məruzədə qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti