...

Aztəminatlı ailələr bu şəkildə mənzillə təmin oluna bilər

Cəmiyyət Materials 3 Mart 2025 10:23 (UTC +04:00)
Aztəminatlı ailələr bu şəkildə mənzillə təmin oluna bilər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aztəminatlı ailələrin yaşayış sahəsi ilə təmin edilməsi mexanizminin işlənib hazırlanması, əhalinin maddi imkanına uyğun mənzillərin tikilib istifadəyə verilməsi ehtiyacı olan ailələrin mənzil hüququnun təmin edilməsində əhəmiyyətli rol oynaya bilər.

Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, mənzil hüququnun daha səmərəli təmin edilməsi məqsədilə real bazar qiymətləri və əhalinin alıcılıq qabiliyyəti nəzərə alınmaqla güzəştli ipoteka kreditinin şərtlərinə yenidən baxılması, kreditin maksimal məbləğinin artırılması, ilkin ödəniş məbləğinin minimuma endirilməsi, kredit müddətinin uzadılması, faiz dərəcəsinin aşağı salınması, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququna malik şəxslərin siyahısının genişləndirilməsi məqsədilə qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti