...

Fevral ayında azad olunan ərazilərdə 428 mina zərərsizləşdirilib

Cəmiyyət Materials 3 Mart 2025 12:25 (UTC +04:00)
Fevral ayında azad olunan ərazilərdə 428 mina zərərsizləşdirilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad olunan ərazilərdə fevral ayında 123 tank əleyhinə mina, 305 piyada əleyhinə mina, 1 078 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında deyilir.

Bildirilib ki, ötən ay 2 862,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti