Bakı. Trend:
Sinoptiklərin məlumatına görə martın 4-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq, avtomagistrallarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşması gözlənilir.
Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin xəbərdarlığında qeyd edilib.
Bildirilir ki, dumanlı havada yollarda yaranan məhdudiyyətli görünmənin texniki nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını, eləcə də bir sıra dağlıq və dağətəyi bölgələrdə gecə və səhər saatlarında yolların buz bağlama ehtimalını nəzərə alaraq, sürücülərə zəruri ehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.