...

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Cəmiyyət Materials 4 Mart 2025 15:08 (UTC +04:00)
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Martın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Qax, Şəki, Zaqatala, Şamaxı, Göyçay, Bərdə, Yevlax, Tərtər, Ağcabədi, Ağdam, Gədəbəy,Göygöl, Qusar, Sabirabad, Neftçala, Hacıqabul, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Samux, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Lerik, Yardımlıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Daşkəsən, Qobustan, Goranboy, Naftalan, Mingəçevirdə isə qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti