...

Bakı-Qroznı reysinin həlak olmuş ekipaj heyətinə Mülki Aviasiya Muzeyində şəxsi fond yaradılıb (FOTO)

Cəmiyyət Materials 5 Mart 2025 12:56 (UTC +04:00)
Bakı-Qroznı reysinin həlak olmuş ekipaj heyətinə Mülki Aviasiya Muzeyində şəxsi fond yaradılıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyində “Azərbaycan Hava Yolları” QSC-yə məxsus Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin hər birinin şəxsi fondunun yaradılması və bu materialların daimi ekspozisiyada nümayişi ilə bağlı toplama işi həyata keçirilib.

Mülki Aviasiya Muzeyindən Trend-ə bildirilib ki, ekipaj heyətinin ailə üzvləri tərəfindən muzeyə verilən həmin materiallar arasında onların əmək fəaliyyəti ilə bağlı geyimlər, sənədlər, şəxsi əşyalar, fotoşəkillər və s. yer alır.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Allah rəhmət eləsin!

Xəbər lenti

Xəbər lenti