...

Bakıda fərdi yaşayış evində partlayış baş verib, xəsarət alanlar var (FOTO/VİDEO)

Cəmiyyət Materials 6 Mart 2025 08:46 (UTC +04:00)
Bakıda fərdi yaşayış evində partlayış baş verib, xəsarət alanlar var (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsində fərdi yaşayış evində partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 80 kv.m sahəsi olan birmərtəbəli, üçotaqlı fərdi yaşayış evində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.

Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb, aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti