Tərtər. Trend:
Biz bu gün doğma yurda qayıdırıq və o torpaqlarda əbədi yaşayacağıq.
Trend xəbər verir ki, bunu keçmiş məcburi köçkün Tural Quliyev Ağdərəyə köç zamanı deyib.
O, öz yurduna qayıtdığına görə Prezident İlham Əliyevə minnətdar olduğunu bildirib:
“Bu gün biz yurdumuza, yuvamıza qayıdırıq. Buna görə Prezidentimizə təşəkkür edirəm. Onun “dəmir yumruq” iradəsi və ordumuzun qüdrəti ilə bunu bacarmışıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin”,- T.Quliyev söyləyib.