Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbrələrinin iştirakı ilə Xanoba kəndində səyyar qəbul keçirib.
Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
M\lumata görə, qəbulda Yalama İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Xanoba, Yalama, Düztahiroba, Ortaoba, Səlimoba, Ukuroba, Yaquboba və Zuxuloba kənd sakinlərinin müraciəti dinlənilib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin, elektrik təsərrüfatının yenilənməsi, daxili yolların təmiri və örüş sahəsinin ayrılması ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.