Bakı. Trend:
Martın 7-də Aya pilotlu uçuşlar üçün yaradılan "Super Heavy" daşıyıcı aparatı ilə "Starship" kosmik gəmisinin səkkizinci orbital sınaq uçuşu planlaşdırılır.
Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkətindən xəbər verilib.
Məlumatına görə, uçuş martın 4-nə nəzərdə tutulurdu, lakin buraxılış aparatında aşkar edilən problemlərə görə buraxılışına 40 dəqiqə qalmış ləğv edilib.
Buraxılış, ABŞ Şərq sahilləri vaxtı ilə martın 7-də saat 18:30-da Texasın cənub-şərqindəki Boka-Çikadakı SpaceX şirkətinin "Starbase" buraxılış yerindən baş tutacaq.