Bakı. Trend:
İsmayıllı rayonunda 3,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ Pirqulu stansiyasından 15 km şimal-qərbdə, yerli vaxtla saat 04:01-də baş verib. Yeraltı təkanların ocağı 43 km dərinlikdə yerləşib.