...

Dumanlı havada qəza riski artır - BDYPİ

Cəmiyyət Materials 10 Mart 2025 07:51 (UTC +04:00)
Dumanlı havada qəza riski artır - BDYPİ
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən Trend-ə verilən məlumata görə, müraciətdə deyilir:

"Araşdırmalar göstərir ki, görünüş məsafəsinin azalması ilə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalı artır. Xüsusilə dumanlı hava şəraitində sürücülərin təhlükəyə qarşı reaksiya müddəti uzanır və nəticədə ani diqqətsizlik yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər.

Baş DYP İdarəsi sürücülərə bir daha xəbərdarlıq edir:

Yolda görünüş məsafəsi azaldıqda sürəti azaldın!
Qəfil manevrlərdən çəkinin!
İşıq cihazlarının sazlığını yoxlayın və lazım gəldikdə duman faralarından istifadə edin!
Görünüş dairəsinin məhdud olduğu yol sahələrində əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə etməyin!

Piyadalar isə unutmasın ki, dumanlı havada sürücülərin onları görməsi çətinləşir. Buna görə də yola çıxarkən daha diqqətli və məsuliyyətli olmalıdırlar.

Unutmayın, dumanlı hava şəraitində yolda hərəkət daha çox diqqət və ehtiyat tələb edir. Təhlükəsizliyiniz üçün qaydalara riayət edin və yolda məsuliyyətli olun!"

Xəbər lenti

Xəbər lenti