Bakı. Trend:
2024-2025-ci tədris ilində dövlət büdcəsinin vəsaiti hesabına 3140 ümumi təhsil müəssisəsində 5333 sinifdə 91,5 min uşaq məktəbəhazırlığa cəlb edilib, 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 87%-ə çatdırılıb.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, icma əsaslı məktəbəqədər təhsil müəssisələrində ümumilikdə 890 mərkəz (ümumi təhsil müəssisəsi) olmaqla, 1177 qrupda 3-4 yaşlı uşaqların sayı 20 minə çatdırılıb.
“Qısamüddətli qruplar, ailə tipli, dövlət-özəl kimi yeni modellər olmaqla 16 layihənin tətbiqinə başlanılıb, "Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili pilot qrant proqramı çərçivəsində icma qruplarına 4,5 min uşaq cəlb edilib, "Özel məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” elan olunmuş, müsabiqəyə müraciət edən 42 özəl məktəbəqədər təhsil müəssisəsindən 25-i qrant qazanıb.
Ölkə üzrə məktəbəqədər təhsilə cəlb edilən uşaqların sayı 228,5 min nəfər təşkil edib, məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlı uşaqlara nisbətdə əhatə səviyyəsi 37%-ə yüksəlib”,- deyə məlumatda bildirilib.